Vəkilin uduzduğu məhkəməni, ChatGPT ilə uddu

9 Oktyabr 2025 16:00

ABŞ-da vətəndaşlar getdikcə daha çox hüquqi məsələlərdə süni intellektə (AI) müraciət edirlər.

Milli.Az xəbər verir ki, bəzi hallarda insanlar peşəkar vəkilləri tamamilə əvəz edərək AI-dən istifadə edir.

Məsələn, Kaliforniyanın Long-Bich şəhərində yaşayan Linn Uayt evdən çıxarılma ilə bağlı apelyasiya işini hazırlayarkən ChatGPT və Perplexity-dən istifadə edib. Nəticədə, o, evdən çıxarılmanın ləğv olunmasını təmin edib və 70 min dollardan çox cərimə və borcdan qaçıb, halbuki əvvəlki vəkili işi uduzmuşdu.

Eyni təcrübəni Nyu-York sakini Riçard Hoffmann da yaşayıb. O, sabiq işəgötürəninə qarşı məhkəmə prosesində özünü AI vasitəsilə müdafiə edib.

İsmayıl
Milli.Az