Sabah yağış yağacaq, duman olacaq

9 Oktyabr 2025 12:21

Oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə +17 dərəcədən +19 dərəcəyədək, gündüz +21 dərəcədən +26 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə +14 dərəcədən +18 dərəcəyədək, gündüz +22 dərəcədən +27 dərəcəyədək, dağlarda gecə +5 dərəcədən +10 dərəcəyədək, gündüz +12 dərəcədən +17 dərəcəyədək olacağı gözlənilir.

Milli.Az