Yasamalda tarixi evlər sökülür? - AÇIQLAMA

9 Oktyabr 2025 12:21

"Sovetski"də söküntü işləri aparılır. Söküntülər qəzalı binaları əhatə edir. Əvəzində boş qalan yerlər isə mərkəzi parka birləşdiriləcək. Bu ərazidə tarixi binalar da var. 

Milli.Az xəbər verir ki, burda olan sakinlər bəzi evlərin 100-dən çox yaşı olduğunu bildirirlər. Onlar mənzillərinin sökülməsini də istəmirlər. 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirildi ki, Bakı şəhərinin Yasamal rayonunda Azərbaycan prospekti Süleyman Tağızadə, Mirzəfətəli Axundov, Lev Tolstoy, Murtuza Muxtarov, Rza Quliyev, Bəşir Səfiroğlu, Nizami, Həzi Aslanov, Çingiz Mustafayev küçələrində dövlət mühafizəsinə götürülmüş 72 tarixi memarlıq abidəsi var. 

Qeyd edək ki, Milli Elmlər Akademiyası tərəfindən də 33 obyektin dövlət mühafizəsinə götürülməsinə müsbət rəy verilib.

Asya
Milli.Az