Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS arasında sülh planının imzalandığını açıqlayıb.
Milli.Az xəbər verir ki, uzun müddətdir müharibə şəraitində yaşayan İsrail və Fələstin xalqları, atəşkəs xəbərindən sonra küçələrə axışaraq bayram ab-havasında sevinclərini bölüşüblər.
Əhalinin sevinc dolu anları sosial şəbəkələrdə geniş paylaşılaraq böyük rezonans doğurub.
Qeyd edək ki, sülh planına əsasən, bütün girovların yaxın zamanda azad edilməsi və İsrailin qoşunlarını razılaşdırılmış xəttə çəkməsi nəzərdə tutulur. Bu addım, güclü, davamlı və əbədi sülhə doğru atılmış ilk mühüm mərhələ kimi qiymətləndirilir.
Fidan
Milli.Az