İsrail və HƏMAS sülh planı imzaladı - Tarixi qərar

9 Oktyabr 2025 09:51

"Mən İsrail və HƏMAS-ın sülh planımızın birinci mərhələsini imzaladığını elan etməkdən böyük qürur duyuram".

Milli.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "TruthSocial"da yazıb.

Onun sözlərinə görə, bu o deməkdir ki, bütün girovlar çox tezliklə azad ediləcək və İsrail güclü, davamlı və əbədi sülhə doğru ilk addımlar olaraq qoşunlarını razılaşdırılmış xəttə çəkəcək.

"Bütün tərəflərə ədalətli davranılacaq!. Bu, ərəb və müsəlman dünyası, İsrail, bütün ətraf xalqlar və Amerika Birləşmiş Ştatları üçün böyük gündür və biz bu tarixi və görünməmiş hadisənin baş verməsi üçün bizimlə işləyən Qətər, Misir və Türkiyədən olan vasitəçilərə təşəkkür edirik", - deyə o bildirib.

Milli.Az