Xaçmazda müəllimin evdən meyiti tapıldı - İmtahanda yüksək nəticə göstərmişdi - FOTO

9 Oktyabr 2025 09:53

Xaçmaz rayonu, Qıraqlı kəndində bədbəxt hadisə baş verib.

Milli.Az xəbər verir ki, 08.10.2025-ci il tarixində saat 23 radələrində Qəbələ rayon sakini, 1993-cü il təvəllüdlü Mehriban Sərdar qızı Qafarlının cəsədi qaldığı evdən aşkar edilib.

M.Qafarlının yaşadığı Qıraqlı kəndində yerləşən fərdi yaşayış evinin hamamında dəm qazından zəhərlənərək öldüyü məlum olub.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Qıraqlı kənd orta məktəbində informatika fənni müəlliməsi olan Mehriban Qafarlı, bu ilin iyununda müəllimlərin sertifikatlaşdırma imtahanında maksimum 60 baldan 51 bal toplayaraq uğurlu nəticə göstərmişdi.

Milli.Az