"Gecə 2-də məni yığıb dostumlayam, gəl deyir"

9 Oktyabr 2025 11:36

Müğənni Vəfa Şərifova qalmaqallı açıqlama verib.

Milli.Az xəbər verir ki, o, həmkarı Pünhan Piriyev haqqında gözlənilməz sözlər deyib.

Sənətçi münasibətlərinin korlanma səbəbinə aydınlıq gətirib:

"Pünhan mənə gecə saat 2-də yığıb dostumla oturmuşam, gəl deyir. Münasibətimiz ilk ona görə pozuldu. Ondan sonra efirə çıxıb hər dəfə danışır. Deyirəm, məni kiminləsə o saatda oturan görmüsən? Ancaq rəfiqələrim, ailəmlə ola bilər. Adamın pisinə gəlir. Davranışı, istək düzgün deyil. Bil ki, mənə deyirsən. Məni bir dəfə haradasa görmüsənsə, çağır, haqqın var. Hansı ixtiyarla gecə zəng vurub çağırırsan? Sonra da səmimi deyil, ondan xoşum gəlmir, deyirsən. Xoşun gəlməz də... Niyə gəlsin? 

Pünhanla birgə Rusiyaya səfərimiz oldu, yol getdik. Onunla qartopu videoumuza görə də problem yaranmışdı. Yolda bu məsələni aydınlaşdırdım. Dedi ki, səhvimi anladım. Mövzu bağlandı. Sonra efirlərə çıxıb mənə söz atdı. Ona heç bir pisliyim olmayıb. İllərdir mənə kin saxlayır. Bu, düzgün deyil". 

Musa
Milli.Az