Rubl və avro bahalaşdı, bu valyuta isə ucuzlaşdı

9 Oktyabr 2025 09:27

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Milli.Az xəbər verir ki, oktyabrın 9-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

Türkiyə lirəsi 0,0407 manata kimi enib, Rusiyanın 100 rublu 2,09 manata, avro isə 1.9797 manata kimi bahalaşıb.

Milli.Az