Ronaldo kosmetoloji klinika açdı

9 Oktyabr 2025 10:00

Futbol əfsanəsi Kriştiano Ronaldu Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yeni "Inspire" sağlamlıq klinikasını açıb. Klinika əsasən saç baxımı və ümumi sağlamlıq müalicələrinə yönəlib.

Milli.Az xəbər verir ki, mərasim zamanı Ronaldu keçəllik qorxusunu dilə gətirərək, saçların onun özünə inamı üçün vacib olduğunu bildirib.

Ronaldu saçın insanlara güvən və enerji verdiyini vurğulayıb və kişilərin artıq saç baxımına getməkdən utanmamalı olduğunu deyib. Ronaldo bu vəziyyəti diş həkiminə getməklə müqayisə edərək, sağlamlığın həm daxildən, həm də xaricdən qorunmalı olduğunu qeyd edib.

Yeni "Inspire" klinikası Ronaldonun artıq İspaniya, Portuqaliya və İtaliyada fəaliyyət göstərən sağlamlıq brendinin Səudiyyə Ərəbistanındakı ilk filialıdır. O, kişilərin bu klinikalara rahat və qürurla müraciət edə bilməsini istəyir.

Milli.Az