Məşhur jurnalist faciəvi şəkildə ÖLDÜ

9 Oktyabr 2025 10:13

Fransalı idman jurnalisti Qiyom di Qratsiya 52 yaşında dünyasını dəyişib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, o, Fransanın Qar departamentində keçirilən korrida festivalında baş verən bədbəxt hadisədən iki gün sonra həyatını itirib.

Məlumata əsasən, tədbir zamanı öküzlərin atlı mühafizəçilərin müşayiəti ilə küçələrə buraxıldığı anda jurnalist ağır xəsarət alıb.

Qiyom di Qratsiya uzun illər "Eurosport" telekanalında fəaliyyət göstərib və peşəkar idman jurnalistikasında tanınmış simalardan biri kimi yadda qalıb.

Hüseyn
Milli.Az