UFC döyüşçüsü güllələnərək öldürüldü

9 Oktyabr 2025 09:26

Avstraliyanın Sidney şəhərində faciəvi hadisə baş verib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş UFC döyüşçüsü Suman Moxtaryan naməlum şəxs tərəfindən güllələnib.

Qatil "Audi" markalı avtomobildən atəş açaraq hadisə yerindən qaçıb. 31 yaşlı idmançıya tibbi yardım göstərilsə də, həkimlərin səylərinə baxmayaraq, o, hadisə yerində dünyasını dəyişib.

Polis hadisəni sui-qəsd kimi qiymətləndirir və bunun cinayətkar qruplaşmalarla əlaqəsini araşdırır.

Qeyd edək ki, Moxtaryana 2024-cü ilin fevralında da silahlı hücum cəhdi edilmişdi.

Hüseyn
Milli.Az