"Barselona"nın çempionat oyunu İspaniyada keçirilməyəcək

9 Oktyabr 2025 09:05

Ölkə çempionatında "Barselona" - "Vilyarreal" matçı İspaniya keçirilməyəcək.

Milli.Az xəbər verir ki, qarşılaşma Mayamidə baş tutacaq.

Bu barədə məlumatı İspaniya La Liqasının mətbuat xidməti verib.

Bu, La Liqa tarixində ölkədən kənarda keçiriləcək ilk matçdır.

Komandalar arasında görüşə 20 dekabr 2025-ci ildə "Hard Rock Stadium"da start veriləcək.

Hüseyn
Milli.Az