Bu gün saxlanılan İrem Derici də danışdı: “Lazım olsa küçə-küçə gəzəcəyəm...”

8 Oktyabr 2025 23:38

Məşhur müğənni İrem Derici narkotik əməliyyatı çərçivəsində saxlanıldıqdan sonra sərbəst buraxılıb və mətbuat konfransı keçirib.

Milli.Az xəbər verir ki, o, açıqlamasında bildirib:

"Lazım olsa, küçəbəküçə gəzib bütün nəticələri camaatla açıq şəkildə bölüşəcəyəm. Mən bu karyeranı qorumaq üçün hər zaman təmiz yaşamışam. Ailəmə üzqaralıq verməmək üçün əlimdən gələni etmişəm."

Qeyd edək ki, İstanbulda aparılan narkotik istintaqı çərçivəsində, aralarında tanınmış sənətçilərin də olduğu 19 məşhur şəxs saxlanılaraq ifadə verməyə aparılıb, daha sonra isə azadlığa buraxılıb. Onlara qarşı "narkotik vasitələrdən istifadə" ittihamı ilə araşdırma aparılır.

Lalə Qüdrətova
Milli.Az