Durov Qazaxıstanda qanunu pozdu - VİDEO

8 Oktyabr 2025 22:00

40 yaşlı milyarder, Teleqram messencerinin qurucusu Pavel Durov Qazaxıstanda qaydaları pozub.

Milli.Az xəbər verir ki, o, buzlu göldə suya girib. Sevgilisi Yuliya Vavilova ilə səyahət edən Pavel üst geyimini çıxararaq Kolsay gölləri Milli Parkında buzlu suda çimib. Milyarderin bu hərəkəti müzakirələrə səbəb olub.

Yerli KİV-in məlumatına görə, bu su hövzələrində çimmək qanunla qadağan olunub.

Qeyd edək ki, ötən il Durov 12 ölkədə sperma donorluğu nəticəsində dünyaya gələn 100-dən çox bioloji övladının, həmçinin üç fərqli qadından altı rəsmi uşağının olduğunu açıqlamışdı. İş adamı bu yaxınlarda vəsiyyətini açıqlayaraq bildirib ki, 106 uşağın hamısı miras hüququnda bərabər olacaq. 2024-cü ilə olan məlumata görə, Durovun sərvəti 15,5 milyard dollar qiymətləndirilir. (Axşam.az)

Milli.Az