Aqşini hədələdi - "Sənin başın üçün deyil" - VİDEO

8 Oktyabr 2025 20:15

Müğənni Manaf Ağayev və meyxanaçı Aqşin Fateh arasında qalmaqal daha da qızışıb.

Milli.Az xəbər verir ki, Manaf Ağayev susqunluğunu pozub. Verilişlərin birində qonaq olan müğənni meyxanaçını hədələyib.

"Mən fikir bildirmək istəmirdim, amma Aqşin xahiş elədi ki, onun xətrinə dəyim. Mənə bəlkə milyon dəfə zəng gəlib ki, o, kimdir ki səninlə elə danışır. Mən də sakitləşdirməyə çalışıram ki, bu şodur, o elə oğlan deyil, mənim xətrimi istəyən oğlandır. 

Aqşinin şahnaz muğamı ilə bağlı fikir bildirməyi çox gülməlidir. Elə bil ki, mən meyxana haqqında şərh verirəm. Nəfəs o muğamı oxusa mən sənətdən gedəcəyəm, yox əgər oxuya bilməsə onda sən daha meyxana deməyəcəksən" deyə müğənni bildirib.

Həmin görüntüləri təqdim edirik:

 
 
 
 
 
Посмотреть эту публикацию в Instagram
 

 

 
 
 
 
 
 
 
 
 

Публикация от Milli.Az.official (@milli.az.official)