Türkiyədə saxlanılan məşhurlarla bağlı qərar verildi - YENİLƏNİB - VİDEO - FOTO

8 Oktyabr 2025 22:07

İstanbulda aparılan narkotik istintaqı çərçivəsində, aralarında tanınmış sənətçilərin də olduğu 19 məşhur şəxs saxlanılaraq ifadə verməyə aparılıb, daha sonra isə azadlığa buraxılıb. Onlara qarşı "narkotik vasitələrdən istifadə" ittihamı ilə araşdırma aparılır.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin ifadələri alınan şəxslər daha sonra Məhkəmə-Tibbi Ekspertiza İnstitutuna göndərilib. Onlardan qan analizi, sidik və saç nümunələri götürülüb.

İfadə və tibbi analizlərdən sonra saxlanılan 19 məşhurun hamısı azadlığa buraxılıb. Hazırda istintaq prosesi davam edir.

---------
19:06

İstanbulda narkotik vasitələrdən istifadə ittihamı ilə aparılan istintaq çərçivəsində aralarında Dilan Polat, İrem Derici, Hadisə, Demet Evgar kimi məşhur adların da olduğu bir qrup şəxs ifadə vermək üçün İl Jandarma Komandanlığına aparılıb. İfadə prosesi başa çatdıqdan sonra həmin şəxslər tibbi testlər üçün Adli Tibb İnstitutuna göndərilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İl Jandarma Komandanlığı tərəfindən həyata keçirilən əməliyyatda Dilan Polat, Engin Polat, İrem Derici, Kaan Yıldırım, Hadisə Açıkgöz, Berrak Tüzünataç, Demet Evgar Babataş və Feyza Altun daxil olmaqla ümumilikdə 19 nəfər ifadə vermək və qan analizi üçün bölməyə aparılıb.

İfadələrdən sonra onların qan, sidik və saç nümunələrinin götürülməsi üçün Adli Tibb İnstitutuna göndərildiyi, bəzi məşhurların yaxınlarının isə dəstək üçün bölməyə gəldiyi bildirilib.

Aktrisa Hatice Aslan, həmkarı Demet Evgar üçün Jandarma bölməsinə gələrək dəstək verib. O, istintaqa görə çəkiliş setlərinin dayandığını açıqlayıb.

İrem Dericinin vəkili Ayşegül Mermer bildirib ki, bu istintaq çərçivəsində bir çox sənətçi və aktyor ifadə verir: "İrem Derici son bir ildə siqaret belə çəkməyib. Narkotik maddə istifadəsi və ya buna təşviq kimi iddialar əsassızdır. Laboratoriya nəticələri də bunu göstərəcək. Bu bir saxlanılma əməliyyatı deyil, sadəcə məlumat toplanmasıdır."

Mermer həmçinin Simge Sağın və Ziynet Salinin hazırda xaricdə olduğunu və qayıtdıqdan sonra ifadə verəcəklərini deyib.

Dilan Polatın vəkili Sevinç Horoz isə bildirib: "Hazırda nəyə görə çağırıldığımız dəqiq bilinmir. Konkret ittiham yoxdur. Müvəkkillərim daha əvvəl qan və saç analizindən keçib və təmiz nəticələr alıblar. Bu, sadəcə mövcudlu ifadəvermə prosedurudur, gözaltı deyil."

İfadə vermək və tibbi testlərdən keçmək üçün bölməyə aparılan tanınmış şəxslər bunlardır:

İrem Derici

Kubilay Aka

Kaan Yıldırım

Hadisə Açıkgöz

Berrak Tüzünataç

Duygu Özaslan Mutaf

Demet Evgar Babataş

Zeynep Meriç Aral Keskin

Özge Özpirinçci

Mert Yazıcıoğlu

Feyza Altun

Derin Talu

Deren Talu

Ziynet Sali

Birce Akalay

Metin Akdülger

Ceren Moray Orcan

Dilan Polat

Engin Polat

Lalə Qüdrətova
Milli.Az