Bəzi insanlar gün ərzində tez-tez acdığını hiss edir. Bu hal düzgün olmayan qidalanma rejimi ilə bağlı ola bilər.
Milli.Az xəbər verir kİ, qidalanma üzrə mütəxəssislər bildirirlər ki, ac qalmaqla arıqlamaq mümkün deyil. Əksinə, uzun müddət ac qalmaq maddələr mübadiləsini ləngidir və bədəni daha çox yağ yığmağa sövq edir.
Tez-tez acan insanlar üçün ən uyğun üsul gün ərzində 3 əsas və 2-3 ara öyün yeməkdir. Səhər yeməyi mütləq şəkildə günün ilk 1 saatı ərzində qəbul edilməlidir. Nahar saatı ideal olaraq 12:30 - 14:00 aralığında planlaşdırılmalıdır. Axşam yeməyi isə yuxudan ən az 2-3 saat əvvəl bitməlidir. Ən gec saat 19:00-20:00 arası tövsiyə olunur. Əsas yeməklər arasında 2-3 saatlıq fasilələrlə qəbul edilməlidir. Bu öyünlərdə meyvə, yoqurt, qoz-fındıq və ya az miqdarda quru meyvə tövsiyə olunur.
Eyni zamanda, gün ərzində kifayət qədər su içmək aclıq hissini azaltmağa kömək edir.
Mütəxəssislər qeyd edir ki, qidalanma saatlarını stabil saxlamaq həm aclıq hissini azaldır, həm də artıq çəkinin qarşısını alır. Qəbul edilən qidaların tərkibi də vacibdir, lifli və zülallı yeməklər daha uzun müddət toxluq hissi verir.
Asya
Milli.Az