“Qızıl Pəri” Peşə Mükafatı üzrə namizədlərin qəbulu başa çatdı – 420 müraciət qəbul olunub - FOTO

8 Oktyabr 2025 17:21

Azərbaycan Professional Kinorejissorlar Gildiyasının, Azərbaycan Aktyorlar Gildiyasının və Azərbaycan Prodüserlər Gildiyasının dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Kino Akademiyası tərəfindən təsis edilən "Qızıl Pəri" Peşə Mükafatı üzrə 2025-ci il üçün nominasiyalara müraciət qəbulu yekunlaşıb.

Təşkilat Komitəsinin verdiyi məlumata görə, 01 oktyabr 2025-ci il tarixində başa çatan müraciət mərhələsi çərçivəsində 25 müxtəlif nominasiya üzrə ümumilikdə 420 namizədin ərizəsi qəbul edilib. Müraciətlər mükafatın reqlamentində nəzərdə tutulan bütün sahələri əhatə edir və ölkənin aparıcı kinematoloqları, kinostudiyaları və televiziya kanalları tərəfindən təqdim olunub.

Müsabiqənin növbəti mərhələsində Seçim Komissiyası fəaliyyətə başlayacaq. Komissiya 13 oktyabr 2025-ci il tarixindən etibarən hər nominasiya üzrə maksimum 5 nominantı müəyyənləşdirmək üçün qiymətləndirmələrə start verəcək.

"Qızıl Pəri" Peşə Mükafatı ölkədə kino və televiziya sahəsində yaradıcı və peşəkar fəaliyyəti qiymətləndirmək, yeni istedadları tanıtmaq və yerli kino sənayesinin inkişafına töhfə vermək məqsədi daşıyır.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az