Payızda pəncərənin kənarına duz qoyun

9 Oktyabr 2025 08:08

Payızda pəncərənin kənarına duz qoymaq bir neçə səbəbə görə tövsiyə olunur.

Milli.Az həmin səbəbləri təqdim edir:

Nəmin çəkilməsi - duz higroskopik xüsusiyyətə malikdir, yəni havadakı rütubəti özünə çəkir. Payız aylarında hava rütubəti artır və evlərdə kondensasiya, pəncərə şüşələrində su damcıları yaranır. Duz bu rütubəti azaldaraq şüşələrin buğulanmasının qarşısını alır.

Köpüklənmə və göbələkdən qorunma- rütubət çoxaldıqda pəncərə çərçivələrində göbələk və küf əmələ gələ bilər. Duz bu mühitdə nəmliyi azaldaraq göbələk riskini azaldır.

Daha ucuz və təbii həll yolu: Kimyəvi dezinfeksiyaedici və ya nəm çəkən avadanlıqlar əvəzinə, sadə duz bu problemi aradan qaldırmaq üçün əlverişli bir üsuldur.

İstifadə üsulu: Kiçik bir qabda duz doldurub pəncərənin kənarına qoymaq kifayətdir. Bir neçə gündən sonra duz nəm çəkəcək və lazım gələrsə yenisi ilə dəyişdirilməlidir.

Milli.Az