Zelenski bu səfiri geri çağırdı

8 Oktyabr 2025 17:30

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Latviyadakı səfiri Anatoli Kutsevanı vəzifəsindən geri çağırıb.

Milli.Az xəbər verir ki, bu barədə fərman oktyabrın 7-də imzalanıb. Sənəddə Kutsevanın Ukraynanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri postundan azad edildiyi qeyd olunub.

Onun geri çağırılma səbəbləri və yerinə kimin təyin ediləcəyi hələlik açıqlanmayıb.

Asya
Milli.Az