207 saylı bağçada qalmaqal: Direktor vəzifəsindən getdi

8 Oktyabr 2025 17:38

Valideynlər 207 nömrəli dövlət uşaq bağçasının rəhbəri Yeganə Sadıqovanı şikayətcildirlər.

Milli.Az xəbər verir ki, onların iddiasına görə, dövlət hesabına ayrılmış ərzaq məhsulları bağçadan çıxarılaraq, ona məxsus başqa bir özəl təhsil müəssisəsinə aparılıb. Bundan əlavə, valideynlər hər uşaq üçün aylıq 20 manat "fond pulu" yığılmasından bu vəsaiti ödəməyənlərin isə bağçadan uzaqlaşdırılmasından şikayət edirlər.

Məsələ ilə bağlı bağçanın tərbiyəçisi Rəna Qocayeva bildirib ki, yayılan iddialardan sonra Yeganə Sadıqova könüllü olaraq vəzifəsindən ayrılıb. Onun sözlərinə görə, sözügedən "fond pulu" könüllü əsasla yığılır və məcburi deyil. Həmçinin qeyd edilib ki, Yeganə Sadıqovanın uşaq bağçası yox, yeni açılmış tədris mərkəzi olub.

Mövzu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi də açıqlama verib.

İdarədən bildirilib ki, 207 saylı körpələr evi-uşaq bağçası ilə bağlı daxil olan məlumatlar əsasında araşdırma aparılır. Müəssisələrdə neqativ hallara yol verilməsi qəbuledilməz sayılır və aşkar edilən pozuntularla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.

Asya
Milli.Az