Məşhur pendir markalarının etiketləri saxta çıxdı - Nazirlik siyahı açıqladı

8 Oktyabr 2025 16:35

Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi oktyabrın 7-də apardığı yoxlamalar zamanı yağ tərkibi standartlara cavab verməyən pendir və süd məhsullarının siyahısını ictimaiyyətlə bölüşüb.

Milli.Az xəbər verir ki, yoxlamalar nəticəsində Adana, Samsun, Aksaray, Trabzon, Manisa, Hatay, Karaman və Dənizli kimi bölgələrdə fəaliyyət göstərən bir çox tanınmış markaların məhsullarında etiket saxtakarlığı aşkarlanıb.

Nazirliyin məlumatına görə, bəzi məhsullar üzərində "tam yağlı" və ya "yarıyağlı" ifadələri qeyd olunsa da, analizlər zamanı yağ nisbətinin qanunvericilikdə nəzərdə tutulan minimum həddən aşağı olduğu müəyyən edilib.

Adanada "Çay Çiftlik", Dənizlidə "Kocaoğz", Manisada "Fırtına", Hatayda "Soydaş", Samsunda "Özkuzeygüyo" və "Bizden Yebir", Karamanda "Laktika", Trabzonda isə "Beşikdüzü"  markalı məhsullarda uyğunsuzluqlar aşkar edilib.

Aksarayda istehsal olunan "Sühabey", Anadolu "Cihangir", "İbrahim Güner" və "Tuğçem" markaları da yağ tərkibi aşağı məhsullar sırasına daxil edilib.

Nazirliyin hesabatına görə, təkcə pendir deyil, bəzi kərə yağı məhsulları da qaydalara uyğun deyil.

Milli.Az