Qrip olduğunu düşünürdü, ayağını kəsdilər - FOTO

8 Oktyabr 2025 16:30

20 yaşlı gənc qrip əlamətləri ilə ciddi infeksiyanı səhv saldığı üçün həyatının şokunu yaşayıb.

Milli.Az xəbər verir ki, Britaniyanın Derbişir qraflığından olan 20 yaşlı Levi Düy ilk simptomları qrip hesab edərək diqqətsiz yanaşdıqdan sonra ağır infeksiya nəticəsində hər iki ayağını itirib.

Levi vəziyyətini sadəcə qrip əlamətləri kimi qiymətləndirərək özünü dərmanlarla müalicə etməyə çalışıb. Lakin onun vəziyyəti sürətlə pisləşdikdə anasının intuisiyası sayəsində valideynlər onu xəstəxanaya çatdırıblar.

Həkimlər ona pnevmoniya diaqnozu qoyublar ki, bu da septik şok və çoxsistemli orqan çatışmazlığına səbəb olub. Gənc xəstəyə EKMO ( ürək və ağciyər funksiyalarını müvəqqəti yerinə yetirən sistem ) qoşulub.

Həkimlərin bütün səylərinə baxmayaraq, Levinin vəziyyəti kritik olaraq qalıb və valideynlərinə onun sağ qalmaq şansının yalnız 30 faiz olduğu bildirilib. Nəticədə, həkimlər hər iki ayağın dizaltı amputasiyasına qərar veriblər.

İsmayıl
Milli.Az