Fransa - Azərbaycan oyununun hakimləri bəlli oldu

8 Oktyabr 2025 13:58

Azərbaycan milli komandasının oktyabrın 10-da Fransa yığması ilə Parisdə keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.

Milli.Az xəbər verir ki, qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Rohit Saqqi olacaq. Ona Yorqen Ronning Valstadsve və Ole Andreas Haukasen kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Daniel Hiqraff yerinə yetirəcək.

VAR-da Tom Harald Haqen, AVAR-da Siqurd Krinqstad əyləşəcəklər.

Qeyd edək ki, "Park de Prens" stadionunda keçirələcək Fransa-Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45 də start götürəcək.

Milli.Az