Amerikalı Fendi körpəsinin doğulma anını "Twitch" platformasında birbaşa yayımlayıb.
Milli.Az xəbər verir ki, bu addım adi yayım formatlarının hüdudlarını aşaraq böyük rezonansa səbəb olub.
Hadisə barədə Where is The Buzz (WITB) nəşri məlumat yayıb.
Canlı yayım zamanı həm gərgin, həm də emosional və bəzən gülməli anlar müşahidə olunub. Doğuş prosesi irəlilədikcə, Fandy həm ağrıdan inildəyib, həm də izləyiciləri ilə zarafat edib və onları bu unikal anın bir hissəsinə çevirib.
Yayımın ən diqqətçəkən məqamlarından biri "Twitch"in baş direktorunun çata daxil olaraq Fandiyə uğurlar arzulaması olub. Bu hadisə platformanın tarixində ilk dəfə belə bir "rəsmi" dəstəyin doğuş yayımına verilməsi kimi qeydə alınıb.
Sosial şəbəkələrdə istifadəçilərin reaksiyaları birmənalı olmayıb. Bəziləri Fendini real həyatı çəkinmədən göstərdiyinə görə alqışlayıb, digərləri isə etik sərhədlərin pozulub-pozulmadığını müzakirə edib.
İsmayıl
Milli.Az