İlyas necə varlandı? - VİDEO

8 Oktyabr 2025 14:50

Tiktokda milyonlarla izləyicisi olan İlyas Möhnətov gənc uğur sirrlərindən danışıb.

Milli.Az xəbər verir ki, o, "sıfır"dan indiki pilləyə necə gəldiyini açıqlayıb. 

"Ağlaşırlar ki, alver yoxdur. 20 manatlıq malı 90 manata satanda necə olsun? Bir nəfər müştərinin gəlməsini gözləyirsən. 22-25-ə qoy, gün ərzində min dənəsini sat. Mənim mağazalarımda insanlar kürək-kürəyə gəzirlər. 20 manat tapa bilmədiyim vaxt olub. Bir dəfə dostumdan borc pul aldım. Çətin vaxtlar idi, ikinci dəfə zəngimi açmadı. 2019-cu ilin ilin avqustuna qədər yaxşı vəzifələrdə olmuşam. Telefonum dəvətlərdən susmurdu. Azərbaycanda "Euro Home" ticarət mərkəzlərinin qurucularından və rəhbərlərindən biri olmuşam. Moskvada 40 hektralıq bazarın rəhbəri olmuşam. Heç bir qohumumdan dəstəyim olmayıb". 

Qeyd edək ki, İlyas Möhnətov Bakıda geyim mağazalarının rəhbəridir.

Daha ətraflı videomaterialda:

Musa
Milli.Az