Qəzada ölən bacılar Astaradan Ağdaşa həkimə gediblərmiş - TƏFƏRRÜAT

8 Oktyabr 2025 11:57

Ağdaş rayonunun Əmirarx kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı digər təfərrüat məlum olub.

Milli.Az xəbər verir ki, "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən iki bacını - 1976-cı il təvəllüdlü Ramazanova Sədaqət və 1978-ci il təvəllüdlü Soltanova Elnarəni vuraraq öldürüb.

Məlumata görə, onlar Astara rayonunun Giləkəran kəndinin sakinləri olublar. Bacılar həkimə getmək üçün əvvəl Bakı şəhərinə gediblər. Lakin orada həkimin Ağdaş rayonunda qəbul keçirdiyi bilinib. Daha sonra onlar bu səbəbdən Ağdaşa gediblər.

Yolu keçmək istəyən zaman bu bədbəxt hadisə baş verib.

Hər iki bacı Giləkəran kəndində dəfn olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az