Bakı, Sumqayıt, Abşeronda pensiyalar bu tarixdə veriləcək

8 Oktyabr 2025 11:50

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənilməsi tarixi açıqlanıb.

Milli.Az-ın əldə etdiyi məlumata görə,  pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının 10-da ödəniləcək.

Daha sonra isə qrafikə uyğun olaraq respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Qeyd edək ki, 2025-ci ilin iyulun 1-i vəziyyətinə əsasən, Azərbaycanda Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 103,3 min pensiyaçı qeydiyyatdadır. Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Bu rəqəm ötən ilin eyni dövrünə nisbətən artıb.

Mehman Əsədov
Milli.Az