Azərbaycanda bu ərazidə pensiyalar tam ödənildi

8 Oktyabr 2025 13:01

Naxçıvan Muxtar Respublikası üzrə oktyabr ayının pensiya ödənişləri başa çatdırılıb.

Milli.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının pensiya ödənişi başa çatdırılıb.

Pensiyaçılar, pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Milli.Az