Bacısının yanında özünə məzar yeri hazırlatdırdı

8 Oktyabr 2025 12:30

Müğənni Aynur Dadaşova verdiyi açıqlama ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi vəsiyyətini açıqlayıb. 

"Demişəm ki, sabah dünyamı dəyişərəmsə, bacımın yanında dəfn edərsiniz. Balaca bacım dünyasını dəyişib. İnsan ölüsünə də, dirisinə də qiymət verməlidir. Bacım cavan, yaşı az idi. Bu dünyadan doymadı. Qızını gəlin köçürüb, nənə olmaq istəyirdi. Bilmirəm onun qızının toyunda harada gizlənəcəyəm, göz yaşımı saxlaya bilməyəcəyəm. Dünyasını dəyişən bacımın yanında özümə məzar yeri hazırlatdırmışam".

Musa
Milli.Az