Bir müddət əvvəl paytaxtın Binəqədi rayonu ərazisində yolun hərəkət hissəsində kanalizasiya çəkilişi ilə əlaqədar qazıntı işləri aparılıb.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Rəsulzadə və Binəqədi qəsəbələrini birləşdirən yoldakı vəziyyət hər gün tıxacın yaranmasına, sürücülərin və sərnişinlərin xeyli vaxt itirməsinə, eləcə də ətrafın çirklənməsinə səbəb olur.
Ərazidən paylaşım edən şəxslər aylardır davam edən işlərin tezliklə başa çatıdırlmasını tələb ediblər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən saytımıza bildirilib ki, ərazidəki qazıntı işlərinin və kommunikasıya xətlərinin çəkilməsinin onlara aidiyyəti yoxdur.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilən açıqlamada isə Binəqədi yolundakı işlərin tikinti şirkətinin sifarişi ilə podratçı tərəfindən icra edildiyi bildirilib: "Bu prosesin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqəsi yoxdur".
Milli.Az