İngiltərə nəhəngləri Arda Gülər üçün hərəkətə keçəcək - sürpriz TRANSFER

8 Oktyabr 2025 09:15

İngiltərə Premyer Liqasının iki klubu - "Arsenal" və "Nyukasl" "Real Madrid"in gənc futbolçusu Arda Güləri heyətinə qatmaq niyyətindədir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Madrid təmsilçisindən ayrılmaq qərarına gəldiyi halda, "Arsenal" onun transferi üçün ilk addımı atacaq.

Xatırladaq ki, Arda Gülər 2023-cü ildə "Fənərbağça"dan 24 milyon avroya "Real Madrid" klubuna transfer olunmuşdu.

Hüseyn
Milli.Az