DÇ-2026-nın seçmə mərhələsində millimizin rəqibi olan Ukrayna yığmasının heyətində 2 itki baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Viktor Sıqankov heyətdən kənarlaşdırılıb.
Buna səbəb "Jirona"nın yarımmüdafiəçisinin zədəli olması göstərilib.
"Trabzonspor"da çıxış edən Aleksandr Zubkov da zədə səbəbindən komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, Ukrayna - Azərbaycan qarşılaşması oktyabrın 13-də Polşanın Krakov şəhərində keçiriləcək.
Milli.Az