Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Fərid Rəsulun İtaliyada maşını soyulub.
Milli.Az bildirir ki, bu barədə aparıcı Baku Tv- yə açıqlama verib.
Səyahət blogeri olan keçmiş teleaparıcı hadisənin təfərrüatlarını danışıb:
"Avtomobillə Bakıədan Romaya getdik. Hadisə bir gün əvvəl baş verib. Bu dəfə ailəvi tur etməyi qərar verdim. Köhnə mersedesimlə yola çıxdıq. Romadan Venetsiya və Milana doğru gedəcəkdik. Daha sonra isə Avropa ölkələrinə. Maşını saxlayıb getdik. 20 dəq. sonra qayıtdıqda isə şüşəsinin sındırıldığını gördük. Texnoloji nə varsa, götürməyiblər izləyib tapılardılar. Çox peşəkar olublar. Nə qiymətli vacib şey vardısa hamısını bir çantaya tapılarlar deyə. Hazırda heç bir sənədim yoxdur, oğurlanıb. Polisə zəng etdik gəldi, xeyri olmadı, günə 1 milyon turist gəlir, kiminlə maraqlansınlar? Küçədə kamera yox idi.
Biz səfirliyimizə müraciət etdik. Polisə məlumat verib oğurlanma ilə bağlı sənəd almaq lazımdır. Uzun müddət gözləməli olursan. Məndən əlavə 20 nəfər vardı. O qədər həyacanlı idim ki, mənə sənədi verəcək polislərin maşınlarını vurdum. 10 kartım vardı. Hesablardan ödənişlər etməyə başladılar. "Bloklamağa" çatdırmırdım. Yaxınlığımızdakı restorandan ödəniş ediblər. Polisə göstərirəm, adi qarşılayır, kömək etmir. Sənədlərimi çıxartdırıb səyahətə qaldığı yerdən davam edəcəyik".
Milli.Az