"Qara cümə"nin vaxtı açıqlandı

7 Oktyabr 2025 16:35

Hər il milyonlarla insan tərəfindən gözlənilən "Black Friday" endirimləri 2025-ci ildə də alış-verişin əsas mövzularından olacaq. Texnologiya, geyim, kosmetika və ev əşyaları kimi müxtəlif sahələrdə tətbiq olunan endirimlər bu dəfə həm dünya, həm də Türkiyə bazarında böyük maraqla qarşılanır.

Milli.Az xəbər verir ki, 2025-ci ildə ABŞ-də "Şükran Günü" 27 noyabr cümə axşamına təsadüf etdiyi üçün "Black Friday" endirimləri 28 noyabr cümə günü başlayacaq. Ənənəvi olaraq bir gün davam edən bu kampaniyalar, son illərdə bəzi şirkətlər tərəfindən bir neçə günə, hətta həftəyə qədər uzadılır. Beləliklə, alıcılar daha uzun müddət endirim fürsətlərindən yararlana bilirlər.

Ekspertlərin proqnozlarına görə, bu il xüsusilə elektronika, mobil telefonlar, geyim və məişət texnikası sahələrində böyük endirimlər gözlənilir. Alış-verişçilər artıq öz siyahılarını hazırlamağa başlayıblar.

Asya
Milli.Az