Azərbaycanla bağlı bu paylaşımlar yalandır! - Türkiyə

7 Oktyabr 2025 17:11

"Bəzi sosial media hesablarında "İsrailin 7 oktyabrda Qəzzaya qarşı başlatdığı soyqırımının ildönümündə Azərbaycanda bayraqlar yarıya endirilib" iddiası ilə bağlı yayılan məlumatlar dezinformasiyadır"​. 

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin Rabitə İdarəsinin Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi məlumat yayıb. 

Qeyd olunub ki, bu cür iddialar ictimaiyyəti çaşdırmaq xarakteri daşıyır: "Azərbaycanı Fələstin əleyhdarı kimi qələmə verməyə çalışan bu iddialar ictimaiyyəti çaşdırmaq, Türkiyə-Azərbaycan münasibətlərinə mənfi təsir göstərmək, qardaş ölkəmiz Azərbaycanın nüfuzuna xələl gətirmək, türk-islam dünyası daxilində həmrəyliyi sarsıtmaq və Fələstin xalqına qarşı soyqırımını ört-basdır etmək məqsədi daşıyan düşünülmüş və sistemli idarəçiliyin tərkib hissəsidir.

İctimaiyyəti çaşdırmaq məqsədi daşıyan bu cür yalan məlumatlara etibar etməmək və rəsmi mənbələrdən gələn məlumatlara diqqət yetirmək çox vacibdir".

Milli.Az