Heyvanlar arasında xəstəlik yayılır

8 Oktyabr 2025 17:51

Cəlilabad rayonunda heyvanlar arasında kütləvi şəkildə dabaq xəstəliyinin yayılması müşahidə olunur.

Milli.Az xəbər verir ki, xəstəlik əsasən rayonun Sərhədabad və Adnalı kəndlərindəki iri buynuzlu heyvanlarda daha çox yayılıb.

Rayon sakinlərinin sözlərinə görə, xəstəliyin ən əsas mənbəyi həftənin bazar günləri təşkil edilən heyvan bazarıdır. Bazara gətirilən iri buynuzlu heyvanlarda bir müddət sonra dabaq xəstəliyi aşkarlanır. Bu isə virusa bazar ərazisində sürətlə yoluxma riskinin yüksək olduğunu göstərir.

Hazırda rayonda heyvan ticarəti ilə məşğul olan şəxslərin təsərrüfatlarında dabaq xəstəliyinə yoluxmuş heyvanlar daha çox rast gəlinir.

Asya
Milli.Az