Salyanda ağır qəza - 6 nəfər yaralı var

7 Oktyabr 2025 16:09

Salyanda minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində, üçü azyaşlı olmaqla, 6 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az