"Apple" işlədənlərin DİQQƏTİNƏ: "Siri" ilə bağlı araşdırma aparılır

7 Oktyabr 2025 15:40

Fransada Paris prokurorluğu ABŞ-nin "Apple" şirkətinə qarşı "Siri" səs köməkçisinin fəaliyyəti ilə bağlı araşdırma aparır.

Milli.Az xəbər verir ki, bu iş Kibercinayətkarlıqla Mübarizə Şöbəsinə (Ofac) verilib. Araşdırma "Siri" vasitəsilə istifadəçilərin minlərlə söhbətinin qanunsuz qeydiyyatı şübhəsi ilə bağlıdır və keçmiş podratçı işçisinin şikayəti əsasında başlayıb.

Apple isə bildirib ki, "Siri" məlumatları marketinq məqsədi ilə istifadə olunmayıb, reklam üçün ötürülməyib və üçüncü şəxslərə satılmayıb. 

Asya
Milli.Az