Hamiləlikdə bu dərmanı qəti istifadə etməyin! - Ciddi xəbərdarlıq

8 Oktyabr 2025 03:03

Türk Uşaq Xəstəlikləri mütəxəssisi Dos. Prof. Dr. Umut Altunç və tələbələrinin apardığı araşdırma hamilə qadınların tez-tez istifadə etdiyi parasetamol dərmanının autizm riskini artırdığını ortaya çıxarıb. Altunçun araşdırması 56 autizmli uşaq və 85 nəzarət uşağı üzərində aparılıb.

Milli.Az xəbər verir ki, araşdırmaya görə, anaların hamiləlik zamanı yaşadıqları stress, depressiya, yüksək səs-küyə məruz qalma, əvvəlki düşük təcrübələri və müəyyən tibbi vəziyyətlər autizm riskini artırır. Eyni zamanda, körpənin aşağı doğum çəkisi, həyatın ilk ilində MRT və ya CT müayinələri də risk faktorları arasında göstərilib.

Maraqlı nəticələrdən biri də odur ki, hamiləlik zamanı multivitaminlərin və körpəlikdə dəmir əlavələrinin istifadəsi autizmin inkişaf riskini azaldır. Araşdırmada vaksinlərin autizmə səbəb olduğuna dair heç bir sübut olmadığı vurğulanıb.

Altunç tapıntıların daha geniş araşdırma ilə təsdiqlənməsi üçün işləri davam etdirəcəyini bildirib.

Milli.Az