Türkiyədə "Cəhənnəm Necati" ləqəbli məşhur kriminal avtoritet hava limanında saxlanılıb.
Milli.Az xəbər verir ki, Arabacı "Cəhənnəm Mələkləri" cinayət təşkilatının rəhbəri olmaqda ittiham olunur.
İnterpol tərəfindən tanınan bu təşkilat çirkli pulların yuyulması, hədə-qorxu ilə tələb etmə, narkotik və silah alveri daxil olmaqla çoxsaylı qanunsuz fəaliyyətlərlə əlaqələndirilir.
Saxlanılmasının ardından Arabacı şöbəyə aparılıb və dindirildikdən sonra məhkəməyə təqdim ediləcək.
Milli.Az