"Bunlara görə ailəni dağıtmayın"

7 Oktyabr 2025 21:30

Müğənni Xatirə İslam verilişlərin birində qonaq olub..

Milli.Az xəbər verir ki, efirdə diqqətçəkən fikirlər səsləndirib.

Sənətçi şou-biznes nümayəndələrinin tez-tez nümayiş etdirdiyi dəbdəbəli həyat tərzini tənqid edib. Onun sözlərinə görə, bir çox məşhurların "parlaq və təmtəraqlı" həyatı əslində sadəcə görüntüdən ibarətdir.

"Bəziləri elə göstərir ki, guya çox varlı, çox xoşbəxtdir. Amma bu, sadəcə nümayiş üçündür. Hər şey sosial şəbəkədəki kimi deyil", - deyə Xatirə bildirib.

İfaçı həmçinin bəzi qadınların maddi maraqlara görə ailə dəyərlərini ikinci plana keçirdiyini vurğulayıb:

"Maşına, pula, var-dövlətə görə ailəni dağıtmaq, övladını anasız-atasız qoymaq doğru deyil. Həyatda ən dəyərlisi ailədir, qalan hər şey keçicidir".

Xatirə İslamın bu açıqlamaları sosial mediada geniş müzakirələrə səbəb olub. İzləyicilər onun səmimi fikirlərini alqışlayıblar.

Musa
Milli.Az