Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Ukraynada silahlı qüvvələrin yeni qolunun yaradıldığını elan edib.
Milli.Az xəbər verir ki, Ukraynada kiberqüvvələr yaradıla bilər. Ali Rada oktyabrın 7-də silahlı qüvvələrin yeni qolunun yaradılması ilə bağlı qanun layihəsinə baxacaq.
Ukrayna Silahlı Qüvvələrində silahlı qüvvələrin yeni qolu - kiberqüvvələr ola bilər. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, qanun layihəsinə oktyabrın 7-də Ali Rada baxacaq.
"Ukrayna Silahlı Qüvvələrində kiberməkan imkanlarının artırılması prosesi davam edir", - deyə məlumatda bildirilir.
Milli.Az