UEFA Çempionlar Liqasının Liqa mərhələsində çıxış edən "Qarabağ" klubunun "Çelsi" ilə qarşılaşmasını Bakı Olimpiya Stadionunda keçirməyi planlaşdırdığı barədə iddialar yayılıb.
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
"Qarabağ" klubunun mətbuat katibi Anar Hacıyev açıqlamasında bildirib ki, iddialar əsassızdır.
"Oyunlar Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək", - deyə o vurğulayıb.
Qeyd edək ki, daha əvvəl "Qarabağ" Avropa kuboklarında bəzi matçlarını Bakı Olimpiya Stadionunda keçirsə də, hazırda komanda ev oyunlarını ənənəvi olaraq Tofiq Bəhramov adına Respublika Stadionunda oynayır.
Milli.Az