Norveçin "F-35" qırıcıları Polşanın hava məkanını qoruyacaq

6 Oktyabr 2025 17:31

Norveç Hərbi Hava Qüvvələrinin "F-35" tipli döyüş təyyarələri Polşaya yerləşdirilib. Bu barədə məlumatı Polşa Silahlı Qüvvələrinin Baş Qərargahı yayımlayıb.

Milli.Az xəbər verir ki, qırıcılar Poznanda yerləşən 31-ci taktiki aviasiya bazasına eniblər və Polşa ilə Niderland Hərbi Hava Qüvvələri ilə birlikdə ölkənin hava məkanının müdafiəsində iştirak edəcəklər.

Polşa Müdafiə Nazirliyi əlavə edib ki, Norveç ilkin olaraq iki ədəd "F-35" göndərib və ayın sonuna qədər daha bir neçə təyyarənin göndərilməsi planlaşdırılır.

Xatırladaq ki, bu ilin yanvarında Norveçin dörd ədəd "F-35" qırıcısı Ukrayna sərhəddinə yaxın yerləşən Jeşuv aeroportuna dislokasiya olunmuşdu. Həmin bölgə, Kiyevə göndərilən hərbi və humanitar yüklərin əsas logistik mərkəzlərindən biri hesab olunur. Hazırda bu yüklərin təxminən 90 faizi məhz həmin mərkəzdən keçərək Ukraynaya çatdırılır.

Asya
Milli.Az