Gürcüstan parlament sədri Aİ-dən üzr istəməsini tələb etdi

6 Oktyabr 2025 17:40

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Avropa İttifaqının zorakı aksiyalara dolayı yolla dəstək verdiyini bildirərək gürcü xalqından üzr istəməsini tələb edib.

Milli.Az xəbər verir ki, onun bu çıxışı, Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas və avrokomissar Marta Kosun Gürcüstandakı seçkilərlə bağlı yayımladıqları bəyanatdan sonra gəlib.

Onlar bəyanatda müstəqil KİV-lərə təzyiqləri pisləyib, saxlanılan şəxslərin azad olunmasına çağırıblar.

Papuaşvli bu yanaşmanı tənqid edərək bildirib:

"Əgər bu bəyanatlarla çevriliş xarakterli aksiyaları dəstəkləyirlərsə, bu, qəbuledilməzdir. Etirazlarda 25 polis əməkdaşı yaralanıb. Aİ-ni isə yalan informasiyalar yaymamağa çağırıram".

Asya
Milli.Az