Fransada siyasətçilər ölkə prezidenti Emmanuel Makronun istefasını tələb ediblər.
Bu barədə "Le Parisien" qəzeti məlumat verib.
Tələbə "La France Insoumise" partiyasının lideri Jan Luk Melenşon və Kan şəhərinin meri David Lisnard da qoşulub.
Siyasi fiqurlar Baş nazir Sebastian Lekornyunun istefası fonunda ölkədə yaranan siyasi xaosu Makronun yaratdığını iddia edirlər.
Milli.Az