Putinin ad günü planı bəlli oldu

6 Oktyabr 2025 14:00

Putinin ad gününə dair planları məlum olub.

Milli.Az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ad günündə, yəni 7 oktyabrda Təhlükəsizlik Şurasının üzvləri ilə iclas keçirəcək.

Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov TASS-a məlumat verib.

Həmin gün dövlət başçısının bir sıra beynəlxalq telefon danışığı da planlaşdırılıb.

Peskov həmçinin qeyd edib ki, prezidentin iş görüşmələrindən başqa şəxsi planları da ola bilər.

İsmayıl
Milli.Az