Taksi sürücüsü yolda təhlükə saçdı - VİDEO

6 Oktyabr 2025 13:42

Paytaxtda taksi sürücüsünün təhlükəli hərəkətləri sərnişin tərəfindən kameraya alınıb.

Milli.Az xəbər verir ki, sərnişinin qeydə aldığı görüntüyə görə, sürücü maşını idarə edərkən bədənini yan tərəfə əyərək sanki yuxulayırmış kimi davranıb.

Nəticədə avtomobil yolda dəfələrlə səkiyə çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, sərnişin təhlükəli vəziyyəti sosial şəbəkədə paylaşıb və sürücünün məsuliyyətsiz hərəkətlərini nümayiş  etdirib. Onun hansı səbəbdən belə davranmasına dair sosial şəbəkədə müxtəlif şərhlər yazılıb.

Musa
Milli.Az