Pop musiqisinin əfsanəsi Madonna "Tesla"nın yeni siması olmaq üçün İlon Mask tərəfindən təklif olunan 500 milyon dollarlıq müqaviləni rədd edib.
Milli.Az xəbər verir ki, iddialara görə, Mask Madonnaya "Tesla"nın beynəlxalq reklam kampaniyasında yer alması üçün rekord məbləğdə təklif göndərib.
Lakin 67 yaşlı ulduz bu təklifi "Ruhum satılmır" sözləri ilə rədd edərək sənətdəki prinsipial duruşunu bir daha nümayiş etdirib.
Məşhur müğənni uzun illərdir öz yaradıcılıq azadlığını və sənət dəyərlərini maddi qazancdan üstün tutduğunu bildirir. Onun bu addımı pərəstişkarları tərəfindən "əsl sənətkar davranışı" kimi qarşılanıb.
Madonnanın tərəfdarları sosial mediada "pul hər şeyi ala bilməz" və "o, yenə öz obrazına sadiq qaldı" kimi paylaşımlarla ulduzu dəstəkləyiblər.
Milli.Az